Yarak-Kazmalyar keçid məntəqəsi ilin sonuna yenidən qurulacaq

Yarak-Kazmalyar keçid məntəqəsi ilin sonuna yenidən qurulacaq
# 26 aprel 2022 17:11 (UTC +04:00)

Rusiya tərəfdən Yarak-Kazmalyar avtomobil keçid məntəqəsinin yenidən qurulmasının bu ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır.

"APA-Economics" xəbər verir ki bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, bu, Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət dövriyyəsini xeyli artıracaq: "Biz Şimal-Cənub dəhlizinin inkişafına çox diqqət yetirmişik. Bu, beynəlxalq nəqliyyat dəhlizidir. Müvafiq qurumlarımızdan olan həmkarlarımız nəqliyyat sektorunda fəal işləməyə davam edirlər. Bu, bizim ümumi maraqlarımıza uyğundur və Azərbaycanla sərhəddə əsas avtomobil keçid məntəqəsi olan Yarak-Kazmalyar var ki, bu da ən tələbatı olan və ən işlək sərhəd keçid məntəqələrindən biridir. Biz 2022-ci ilin dördüncü rübündə keçidin öz tərəfimizdə yenidən qurulmasını başa çatdırmağı və ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq",- deyə Aleksey Overçuk qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR