Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının hər birində, ən azı, iki kəndin layihələndirmə işləri yekunlaşdırılıb

Vahid Hacıyev

© APA | Vahid Hacıyev

# 10 noyabr 2022 13:23 (UTC +04:00)

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” mövcuddur. Xidmətin fəaliyyəti artıq Qubadlı, Zəngilan və Cəbrayılı əhatə edir. Bu ilin may ayından nümayəndə kimi fəaliyyətə başlayarkən digər kəndlərdə də işlərə başlamışıq.

Bunu APA-ya müsahibəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Vahid Hacıyev hələ ki həmin kəndlərin adlarını çəkə bilməyəcəyini qeyd edib: “Çünki onların təməlqoyma mərasimləri hələ keçirilməyib. Növbəti aylar ərzində bu barədə artıq ictimaiyyətə məlumat veriləcək. Amma qısa olaraq onu deyə bilərəm ki, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının hər birində, ən azı, iki kəndin layihələndirmə işləri artıq yekunlaşdırılıb və müfəssəl planları hazırlanıb. Bu, çox mürəkkəb prosesdir. Çünki biz müfəssəl planlara və Baş planlara çox həssas yanaşırıq. Çünki biz planlamaya nə qədər çox vaxt sərf etsək, gələcəkdə kəndlərin tikintisi o qədər asan olacaq, idarəetməsi asan şəkildə həyata keçiriləcək. Növbəti kəndlərin planlaması həm Zəngilanda, həm Cəbrayılda, həm də Qubadlıda aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR