Zəngilan rayonunda ümumi sahəsi 200 hektara yaxın meşə sahəsinin salınması nəzərdə tutulur. Bunu “APA-Economics”ə “Yağmur-2” şirkətinin satınalmalar üzrə direktor müavini Rauf Quliyev deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər mərhələli şəkildə aparılır və hazırda layihənin ikinci mərhələsi başa çatmaq üzrədir ki, onun çərçivəsində 60 hektara yaxın sahədə əkin aparılıb.
“Biz əkilmiş ağacların, eləcə də mövcud meşə sahəsinin suvarma sistemlərinin yaradılmasını həyata keçiririk. Zəngilanda ağacəkmə işləri mərhələli şəkildə həyata keçirilir, ikinci mərhələnin mayın sonunadək başa çatdırılması nəzərdə tutulur. Əsasən, iynəyarpaqlı ağaclar, sərv, şam və s. əkilir. Analoji işlər Cəbrayıl rayonunda da aparılır”, - deyə Rauf Quliyev qeyd edib.
Zəngilanda meşə salınmasının ikinci mərhələsi başa çatır
23 may 2022 14:08 (UTC +04:00)
İnfrastruktur
"Bakcell" süni intellekt dəstəkli robotunu təqdim edib
12:13
25 aprel 2024
Macarıstan şirkətlərinin azad olunmuş ərazilərin bərpasında iştirakı ilə bağlı plan hazırlanır
10:58
25 aprel 2024
Samir Məmmədov Qırğız Respublikasının rəqəmsal inkişaf naziri ilə görüşüb
10:24
25 aprel 2024
Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - Qrafik
09:54
25 aprel 2024