Zərdabın qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Zərdabın qaz təchizatında müvəqqəti fasilə yaranacaq
# 24 noyabr 2022 18:52 (UTC +04:00)

“Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qol qaz kəmərinin kanal keçidindən keçən, korroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı, 25.11.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

APA-Economics” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, təmir işləri aparılan müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR