Azərbaycanda verilən kreditlərin 82%-i Bakının payına düşür

Azərbaycanda verilən kreditlərin 82%-i Bakının payına düşür
  • Clock-gray 08:24
  • calendar-gray 06 İyun 2018

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2018-ci ilin may ayının 1-nə 11 mlrd. 815 mln. 783 min manat təşkil edib ki, bunun da 82,18%-i və ya 9 mlrd. 709 mln. 643,5 min manatı Bakı şəhərinin payına düşüb.

 

APA-Economics”in məlumatına görə, kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 4,28%-lik payla Aran iqtisadi rayonu qərarlaşıb. Bu ilin mart ayının 1-nə bu iqtisadi rayona 506 mln. 055,6 min manat həcmində kredit qoyulub.

 

Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə üçüncü yerdə Abşeron iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu ilin 4 ayında Abşeron iqtisadi rayonuna kredit qoyuluşu 464 mln. 442,3 min manat təşkil edib. Bu ümumi kredit qoyuluşunun 3,93%-ni təşkil edir.

 

Kredit qoyuluşunun 3,80%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin aprel ayında Gəncə-Qazax iqtisadi rayonuna 449 mln. 255,1 min manatlıq kredit qoyulub.

 

Kredit qoyuluşunun 1,54%-i Lənkəran iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar-aprel aylarında Lənkəran iqtisadi rayonuna 181 mln. 641,8 min manatlıq kredit qoyulub.

 

Kredit qoyuluşunun 1,22%-i Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin 4 ayında Quba-Xaçmaz iqtisadi rayonuna 143 mln. 898,3 min manatlıq kredit qoyulub.

 

Kredit qoyuluşunun 1,15%-i Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin ötən ilin dekabr aylarında Şəki-Zaqatala iqtisadi rayonuna 135 mln. 664,5 min manatlıq kredit qoyulub.

 

Kredit qoyuluşunun 0,55%-i Dağlıq Şirvan iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, aprel aynda Dağlıq Şirvan iqtisadi rayonuna 66 mln. 834,6 min manatlıq kredit qoyulub.

 

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 0,44%-i və ya 51 mln. 874,1 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna kredit qoyuluşu isə bundan 254 dəfə az - 300,6 min manat olub.

egionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Aran iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 22,5% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 10,5% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 8,5%-ə bərabər olub.

 

               Regionlarda kreditlərin orta faiz dərəcəsi

 

Regionların adı

Cəmi (min manatla)

Orta faiz dərəcəsi

Aran iqtisadi rayonu

50 6055,6

22,50%

Gəncə-Qazax iqtisadi rayonu

449 255,1

18,80%

Quba-Xaçmaz iqtisadi rayonu

143 898,3

20,50%

Yuxarı Qarabağ iqtisadi rayonu

51 874,1

20,30%

Abşeron iqtisadi rayonu

464 442,3

15,16%

Kəlbəcər-Laçın iqtisadi rayonu

300,6

13,50%

Azərbaycan Respublikası

11 815 783,0

12,00%

Bakı şəhəri

9 709 643,5

10,50%

Naxçıvan iqtisadi rayonu

106 172.7

8,50%

Şəki-Zaqatala iqtisadi rayonu

135 664,5

20,90%

Dağlıq Şirvan iqtisadi rayonu

66 834,6

21,20%

Lənkəran iqtisadi rayonu

181 641,8

21,90%

 

 

Nigar Əhmədova

Digər xəbərlər

Arxiv

date