Yanvarda kredit qoyuluşunun 17%-i regionlara yönəlib

Yanvarda kredit qoyuluşunun 17%-i regionlara yönəlib
# 09 mart 2018 14:32 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2018-ci ilin fevral ayının 1-nə 11 mlrd. 656 mln. 141,6 min manat təşkil edib ki, bunun da 83,03%-i və ya 9 mlrd. 678 mln. 697,7 min manatı Bakı şəhərinin payına düşüb.

APA-Economics”in məlumatına görə, kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 3,99%-lik payla Aran iqtisadi rayonu qərarlaşıb. Bu ilin fevral 1-nə bu iqtisadi rayona 465 mln. 554,1 min manat həcmində kredit qoyulub.

Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə ikinci yerdə Abşeron iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu ilin 12 ayında Abşeron iqtisadi rayonuna kredit qoyuluşu 449 mln. 553,5 min manat təşkil edib. Bu ümumi kredit qoyuluşunun 3,85%-ni təşkil edir.

Kredit qoyuluşunun 3,56%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ötən ilin dekabr aylarında Gəncə-Qazax iqtisadi rayonuna 415 mln. 499,9 min manatlıq kredit qoyulub.

Kredit qoyuluşunun 1,46%-i Lənkəran iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ötən ilin dekabr aylarında Lənkəran iqtisadi rayonuna 169 mln. 993,1 min manatlıq kredit qoyulub.

Kredit qoyuluşunun 1,17%-i Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ötən ilin dekabr aylarında Quba-Xaçmaz iqtisadi rayonuna 135 mln. 403,2 min manatlıq kredit qoyulub.

Kredit qoyuluşunun 1,12%-i Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ötən ilin dekabr aylarında Şəki-Zaqatala iqtisadi rayonuna 130 mln. 209,9 min manatlıq kredit qoyulub.

Kredit qoyuluşunun 0,54%-i Dağlıq Şirvan iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ötən ilin dekabr aylarında Dağlıq Şirvan iqtisadi rayonuna 63 mln. 398,4 min manatlıq kredit qoyulub.

Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 0,39%-i və ya 46 mln. 044,9 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna kredit qoyuluşu isə bundan 56,54 dəfə az - 659,1 min manat olub.

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Aran iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 20,9% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 10,6% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 8,5%-ə bərabər olub.

Regionlarda kreditlərin orta faiz dərəcəsi

Regionların adı

Cəmi (min manatla)

Orta faiz dərəcəsi

Aran iqtisadi rayonu

465 554,1

20,9%

Lənkəran iqtisadi rayonu

169 993,1

20,4%

Yuxarı Qarabağ iqtisadi rayonu

46 044,9

19,8%

Şəki-Zaqatala iqtisadi rayonu

130 209,9

19,0%

Dağlıq Şirvan iqtisadi rayonu

63 398,4

18,5%

Quba-Xaçmaz iqtisadi rayonu

135 403,2

18,1%

Gəncə-Qazax iqtisadi rayonu

415 499,9

16,6%

Kəlbəcər-Laçın iqtisadi rayonu

659,1

15,0%

Abşeron iqtisadi rayonu

449 553,5

14,5%

Azərbaycan Respublikası:

11 656141,6

11,8%

o cümlədən Bakı

9 678 697,7

10,6%

Naxçıvan iqtisadi rayonu

101 127,7

8,5%

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR