Nijni Novqorodda “Palmali” Şirkətlər Qrupunun sifarişi ilə inşa edilən 5-ci quru yük gəmisinin suya salınma mərasimi keçirilib

Nijni Novqorodda “Palmali” Şirkətlər Qrupunun sifarişi ilə inşa edilən 5-ci quru yük gəmisinin suya salınma mərasimi keçirilib
# 23 may 2007 14:07 (UTC +04:00)
Bu gün Nijni Novqorod şəhərinin (Rusiya) “Krasnoye Sormovo” gəmiqayırma zavodunda “Palmali” Şirkətlər Qrupunun sifarişi ilə RSD17 layihəsi əsasında inşa edilən beş quru yük gəmisindən sonuncusunun suya salınma mərasimi keçirilib.
“Palmali”nin Bakı ofisindən “APA-Eonomics”ə verilən məlumata görə, Azərbaycanın iqtisadçı alimi, akademik Əhməd Mahmudovun adını daşıyan gəminin dedveyti 6 271 ton, uzunluğu 121,7 metr, eni 16,5 metr, göyərtəsinin hündürlüyü 6,2 metr, su altında qalan hissəsi isə 5,06 metrdir. Gəmi heyəti 14 nəfərdən ibarətdir. Odessa şəhərinin Gəmi Mühəndisliyi Bürosu tərəfindən hazırlanan layihə əsasasında inşa edilən gəmi beynəlxalq konvensiyaların və ekoloji standartların bütün tələblərinə cavab verir.
Gəminin suya salınma mərasimində şirkətin prezidenti Mübariz Mənsimovun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, azərbaycanlıların Rusiyadakı diaspor təşkilatlarının təmsilçiləri, Əhməd Mahmudovun ailə üzvləri akademikin oğlu, Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov, Nijni Novqorod əyalətinin və Sormovo inzibati rayonun rəhbərliyi, Krasnoye Sormovo zavodunun nümayəndələri və işçiləri iştirak ediblər.
Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində və Rusiyanın daxili sularında yük daşınmalarını həyata keçirir. Şirkətin donanması kirayə götürülmüş gəmilər də daxil olmaqla 120-dən artıq tanker və yük gəmisindən ibarətdir. “Palmali” əsasən neft məhsulları (benzin, qazoyl, vakumlu qazoyl, yanacaq, ağ neft), xam neft və ərzaq və sənaye yağlarının daşınmasında ixtisaslaşıb. Şirkətə məxsus quru yük gəmiləri həmçinin, bütün növ quru yüklərin daşınmasını da həyata keçirir. /APA-Economics/

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR