Ermənistan ərzaq böhranı astanasında - TƏHLİL

Ermənistan ərzaq böhranı astanasında - TƏHLİL
# 02 oktyabr 2020 11:35 (UTC +04:00)

Azərbaycanın təmas xəttində əks-hücum əməliyyatlarına başlamasının hələ ilk mərhələsində Ermənistan artıq ərzaq təminatında ciddi problemlərlə üzləşir. Məlumatlara görə ərzaq məhsullarının əldə olunmasında məhdudiyyətlər, mağazaların bir qisminin fəaliyyətini dayandırması düşmənləri həyəcan təbilini çalmağa məcbur edib. Əhalinin təlaşı və bununla əlaqədar olaraq müxtəlif mənbələrə ərzaq dəstəyi ilə bağlı müraciətlərin sayı artır. Maraqlı məqam isə, sözügedən vəziyyətin sadəcə işğal olunmuş torpaqlarda deyil, həm də Ermənistan ərazisində aktual olmasıdır. Bu isə Ermənistanda tezliklə ərzaq böhranının dərinləşəcəyini deməyə əsas verir. Ümumiyyətlə, Ermənistan həm iqtisadi, həm sosial, həm siyasi və demək olar ki, bütün sahələrdə Azərbaycandan geri qalır. Düşmən sadəcə öz resurslarına və qüdrətinə görə qiymətləndirildikdə Azərbaycana rəqib olaraq adlandırıla bilməyəcək qədər gücsüzdür. Təkcə ölkənin sosial vəziyyətinə nəzər salmaq xalqın bitkinliyini, müharibəyə hazır olmadığını anlamağa yetərli ola bilər. Belə ki, cəmi 3 milyona yaxın əhalisi olan dövlətin demək olar ki dörddə birini (23.3 %) yoxsul əhali təşkil edir. Başqa sözlə, Ermənistan vətəndaşlarının hər 4 nəfərdən 1-i yoxsuldur. Əhalinin sağlamlığı və rifahı üçün önəmli göstərici olan qida təhlükəsizliyi də Ermənistanda ciddi dərəcədə aşağı həddədir. Belə ki, ölkənin 15.3% əhalisinin qida təhlükəsizliyi problemi mövcuddur, 6% əhali isə gündəlik tələbatı olan qidanı əldə edə bilməyərək aclıqla üzləşir.Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi məlumatlara əsasən Ermənistanın qida idxalının ölkənin ümumi ixracına nisbəti 24% təşkil edir. Bu da ölkə əhalisinin qida təminatının nə dərəcədə idxaldan asılı olduğuna işarədir. Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramının açıqladığı məlumatlara görə Ermənistan taxıl və taxıl məhsullarının 67%-ni, quş ətinin 78%-ni, ümumi ət məhsullarının ortalama olaraq 50%-ni, bitki yağlarının 96%-ni, paxlalı bitkilərin isə 50%-ni idxal edir.Təşkilat bu göstəriciləri nəzərə alaraq Ermənistanın qida təhlükəsizliyinin aşağı olduğunu, əhalinin qida təminatının, xüsusilə, fövqəladə hal olduqda ciddi risk altında olduğunu da qeyd edib. Bundan başqa, Qlobal Qidalanma Hesabatının (“Global Nutrition Report”) təhlillərinə əsasən Ermənistanda qida məhsullarının diversifikasiyası aşağı həddədir və əhali qeyri-sağlam qida vərdişlərinə sahibdir. Bu da öz növbəsində əhalinin sağlamlığına və fiziki məhsuldarlığına mənfi təsir göstərir. Dünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən Ermənistanda əhalinin 48%-i artıq çəkidən əziyyət çəkir. Keçirilən sorğulara əsasən isə 5-yaşa qədər uşaqların 9%-ində boy artımında problemlər, 14%-ində artıq çəki, 16%-ində isə anemiya (qan azlığı)problemləri aşkarlanıb.

Əsas idxalçıları Rusiya, Ukrayna, Latın Amerikası, Gürcüstan, Afrika, Braziliya, Hindistan olan və xalis qida idxal edən bir ölkə kimi Ermənistanın qida təminatı bir çox faktordan – yerli valyuta məzənnəsi, idxalçılarla olan əməkdaşlıq, xarici ölkələrə çıxış və daşımaların sürətliliyi kimi logistik imkanlardan çox asılı vəziyyətdədir. Bu da ölkədə istehlak olunan qida məhsullarının qiymətinin qeyri-stabil olmasına gətirib çıxarır. Yerli məhsulların qiymətlərinin dəyişkənliyi də müxtəlif daxili faktorların qeyri-sabit olmasından asılı olaraq yüksəkdir. Belə ki, Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Qida məhsullarının qiymətlərinin volatilliyi” indeksinə görə Ermənistanda yerli məhsulların qiymətlərinin volatillik göstəricisi 12%-ə yaxındır.Bu göstəriciləri nəzərə alaraq qeyd etmək olar ki, Ermənistanın ərzaq təhlükəsizliyi siyasi sabit dönəmdə bu dərəcədə mənfi olduğu halda, müharibə şəraitində daha da pisləşəcək. Yəni müharibə şəraitində həm maliyyə resurslarının hərbi xərclərə yönəldilməsi, həm də siyasi və logistik məhdudiyyətlər ərzaq məhsullarının idxalına da mənfi təsir göstərəcək. Eyni zamanda yerli məhsulların istehsalında iştirak edən əmək qüvvəsinin səfərbər olunması (yaşı 55-ə qədər olan bütün kişilərin döyüşlərə cəlb olunduğunu nəzərə alaraq) ərzaq təhlükəsizliyini aşağı salacaq. Bu da, öz növbəsində, Ermənistan ordusunun ərzaq təminatına öz mənfi təsirini göstərəcək.

Mənbələr:

http://www.fao.org/3/a-i4646e.pdf.

https://docs.wfp.org/api/documents/WFP-0000117212/download/?_ga=2.237787529.881308977.1601383035-2071579075.1601383035

http://www.fao.org/faostat/ru/#country/1

https://inddex.nutrition.tufts.edu/data4diets/indicator/volatility-food-prices

https://docs.wfp.org/api/documents/WFP-0000020456/download/

https://www.armstat.am/file/article/f_sec_1_2019_3.pdf

https://www.armstat.am/file/article/poverty_2018_english_3.pdf

https://docs.wfp.org/api/documents/WFP-0000062242/download/

Məsumə Talıbova,

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Baş analitiki.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR