Qlobal qaz anomaliyası: Bazarda nə baş verir? - TƏHLİL

Qlobal qaz anomaliyası: Bazarda nə baş verir? - TƏHLİL
# 11 oktyabr 2021 15:00 (UTC +04:00)

Son dövrlərdə qlobal enerji bazarlarında kəskin dalğalanmalar müşahidə edilir. Avropa və Asiya bazarlarını cənginə alan böhran, Şimali Amerika ölkələrində də özünü göstərməyə başlayıb.

Bu ilin əvvəlindən etibarən Avropa İttifaqı (Aİ) ölkələrində qazın qiyməti dörd dəfədən çox artıb. Belə ki, 11 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 995,5 ABŞ dolları təşkil edib, halbuki cari ilin yanvar ayının əvvəlində bu göstərici cəmi 211 dollar səviyyəsində idi.

Avropada qazın qiyməti son aylarda kəskin artıb. Avqustun əvvəlində TTF indeksi üzrə fyuçerslərin qiyməti təxminən 515 dollar idi və sentyabrın sonuna qədər bu rəqəm iki dəfədən çox artıb. Oktyabrın 6-da Avropada qazın qiyməti rekordu qıraraq 1 937 dollara çatıb. Hazırda qazın qiyməti 1 000 dollardan çox təşkil edir.

Aİ ölkələrində qazın qiymətinin kəskin artmasının səbəbləri nədir?

2021-ci il qlobal enerji bazarı üçün qeyri-standart bir il oldu. Ümumiyyətlə, Avropada (və ümumilikdə dünyada) qazın qiyməti mövsümdən asılıdır: yayda və yazda – ucuzlaşır, payızda və qışda isə əksinə – bahalaşır. Lakin bu il istisna hal oldu. Sərin bahar mövsümü səbəbindən artan tələbatı ödəmək üçün Avropa təchizatçıları qış üçün yeraltı qaz anbarlarını lazımi hazırlıq səviyyəsinə gətirib çıxara bilməyib. Avropa ölkələri bu ilin may ayına qədər qaz anbarlarını boşaltmağa davam edib.

Avropada qaz fyuçerslərinin bahalaşmasının anbarların doluluq səviyyəsinin az olması ilə yanaşı, digər səbəbləri də var. Səbəblər sırasında Avropaya Rusiya, ABŞ, Böyük Britaniya və Yaxın Şərqdən qaz təchizatının azalması və Asiyada mayeləşdirilmiş qazın istifadəsinin artması da yer alıblar. Bir çox ekspertlər Rusiyanın isə Avropaya qazın nəqlinin minimuma çatdırılmasının "Şimal axını-2" qaz kəmərin istifadəyə verilməsinin tezləşdirmək istəyi ilə əlaqələndirilir. Vəziyyət qışın yaxınlaşması və Avropanın "yaşıl" elektrik stansiyalarında istehsalın azalması ilə bir qədər də çətinləşir.

Bu amillər də bahalı kömür və təbii qaza olan tələbatı artırır. Bu da, öz növbəsində, elektrik enerjisinin bahalaşmasını stimullaşdırır və inflyasiyanı sürətləndirir. İngiltərə, İspaniya, İtaliya, Yunanıstan və Polşadakı əhali və iş adamları bu problemlə artıq qarşılaşıb. Bu səbəbdən Avropa müəssisələri artıq istehsalını azaltmağa və işçilərini boş vaxta keçirməyə başlayıb.

Enerji böhranı, öz növbəsində, Avropa və Asiya bazarları arasındakı rəqabəti də kəskin artırıb. Çin, Yaponiya, Koreya və Tayvan kimi sürətlə böyüyən bazarlar Avropanın ənənəvi LNG (maye təbii qaz) təchizatçıları üçün daha vacib bazarlara çevrilib. Bu çərçivədə 2021-ci ilin ilk 8 ayında Yaponiya, Cənubi Koreya və Tayvanın LNG idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7% və ya 9 mlrd. kubmetr, Çinin LNG idxalı isə 30% və ya 17 mlrd. kubmetr artıb. Çində hökumət ölkənin ən böyük dövlət şirkətlərinə, nəyin bahasına olursa olsun, qış üçün enerji təchizatının təmin edilməsi ilə bağlı tapşırıq verib. Bu səbəbdən Çin təbii qaz təchizatının təmini ilə bağlı daha aqressiv siyasət izləyir. Beləliklə, bazara çıxarılan LNG tenderlərinin qalibi, əsasən Şərqi-Asiya ölkələri olur. Digər tərəfdən, Çin Rusiyadan "Sibirin gücü" boru kəməri vasitəsilə aldığı qaz həcmlərini də kəskin artırıb. 2019-cu ildə boru kəməri vasitəsilə sadəcə 0,3 mlrd. kubmetr qaz idxal edən Çin, bu rəqəmi 2020-ci ildə 4,1 mlrd. kubmetrə, 2021-ci ilin birinci yarısında isə 4,6 mlrd. kubmetrə yüksəldib. Nəticə olaraq, 2021-ci ilin ilk 8 ayında Avropanın LNG idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə təqribən 8 mlrd. kubmetr azalıb.

Təbii qaz qiymətlərinin kəskin artımı Avropada elektrik qiymətlərinin də tarixdə ən yüksək həddə yüksəlməsinə təkan verib. Belə ki, Avropada elektrik enerjisi istehsalının 22%-i təbii qazın payına düşür. "Bloomberg"in məlumatına görə, Almaniya elektrik enerjisinin qiyməti meqavat-saat başına 302,5 avro, İspaniyada isə 288 avro səviyyəsinə yüksəlib. Müqayisə üçün qeyd edək ki, İspaniyadakı qiymətlər 2010-2020-ci illərin orta qiymət göstəricisindən 550% çoxdur.

Elektrik qiymətlərinin kəskin artması Avropa və Asiya ölkələrində bir çox müəssisələrin fəaliyyətini məhdudlaşdırıb. Hətta, dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çində bəzi fabriklər istehsalatı dayandırıb. Nəticədə, son 18 ayda ilk dəfə olaraq, Çinin istehsal həcmində azalma qeydə alınıb. Böyük Britaniyada isə yanacaqdoldurma məntəqələrində böyük izdihamlar müşahidə edilib. Bu səbəbdən, hökumət şiddət hadisələrinin qarşısını almaq məqsədilə orduya çağırış edib. Beləliklə, enerji böhranı sentyabr ayında Avrozonada istehlakçı qiymət inflyasiyasının 3,4%-ə yüksəlməsinə səbəb olub ki, bu, son 13 ilin ən yüksək inflyasiya göstəricisidir. Əlavə edək ki, bu göstərici avqust ayında 10% təşkil edirdi. Proqnozlar göstərir ki, ilin sonuna qədər Avropada inflyasiya həddi 4%-ə qədər yüksələ bilər. Hazırda Aİ ölkələri ev təsərrüfatları və enerji şirkətləri üçün dövlət yardımı tətbiq etmək məcburiyyətindədir.

Nəticə olaraq, bir tərəfdən qlobal miqyasda iqtisadi aktivliyin gözləniləndən daha sürətlə yüksəlməsi, yaşıl enerjiyə keçid strategiyası çərçivəsində təbii qazın əhəmiyyətinin daha da artması, qışın sərt, yayın nisbətən quraq keçməsi, külək və hidroenerjinin qeyri-rentabelli işləməsi; digər tərəfdən isə, qlobal miqyasda təbii qaz təchizatının azalması, Avropaya idxal edilən təbii qaz həcmlərinin, habelə hasilatın azalması Avropa bazarında qeyri-tarazlığı artıraraq qiymətlərin ani yüksəlməsinə səbəb olub. Nəzərə alsaq ki, anbarlara qaz vurma mövsümü demək olar ki, tamamlanıb və növbəti günlərdə havalar daha da soyuyacaq, deməli növbəti günlərdə qiymətlər daha da yuxarı səviyyələrə qalxa bilər.

Qiymət artımı, öz növbəsində, Azərbaycan üçün də fürsətlər yaradır. Belə ki, qaz qiymətlərinin artması, elektrik enerjisinin istehsalında neftin payını artırdığına görə, neft qiymətləri də, buna paralel olaraq artır. Neft qiymətlərinin artması isə, həm Azərbaycanın neft-qaz gəlirlərinin, həm də xarici valyuta ehtiyatlarının artmasına imkan yaradır. Belə ki, Azərbaycanın uzun müddətli qaz müqavilələrində baza olaraq neft və qaz qiymətləri götürülüb. Başqa sözlə, neft və qaz qiymətlərinin artması Azərbaycanın təbii qaz gəlirlərinin də artımını şərtləndirir. Digər tərəfdən, mövcud şəraitdə Trans-Anadolu boru kəmərinin (TAP) əhəmiyyəti Avropa nəzdində daha da artmaqdadır. Bu isə, öz növbəsində, TAP boru kəmərinin ikinci mərhələsinin (ötürmə gücünün 20 mlrd. kubmetrə çatdırılması) reallaşdırılmasını daha da sürətləndirə bilər. Bu da yeni yataqların işlənməsi ilə bağlı müqavilələrin imzalanmasına təkan verə bilər. Beləliklə, Azərbaycan daha əlverişli şərtlərlə yeni müqavilələr imzalayaraq öz ixrac potensialını əhəmiyyətli dərəcədə artıra bilər.

Region ölkələrində əhaliyə təbii qazın satış qiymətləri

Ölkələr

m3/AZN

Ortaaylıq əməkhaqqına düşən qaz həcmi, m3

1 000 m3 qazın qiyməti, $

1

Azərbaycan

1-1 200 m3 – 0,1;

1 200-2 500 m3 – 0,2;

2 500+m3 – 0,25;

7 250

3 625

2 900

58,82

117,65

147,06

2

Türkiyə

0,38

2 455

215

3

Rusiya

0,096

6 846

89

4

Ukrayna

0,69

1 040

391

5

Belarus

0,26

3 266

147

6

Gürcüstan

0,29

2 326

172,25

7

İran

0,018

42 654

10,55

8

Qazaxıstan

0,095

7 504

58

9

Özbəkistan

0,06

7 417

35,3

10

Türkmənistan

0,0078

83 260

4,6

11

Qırğızıstan

0,36

1 250

211,8

Qeyd: Dünya üzrə orta qiymət: ev təsərrüfatları üçün – 0,62 dollar/kubmetr; biznes üçün – 0,49 dollar/kubmetr

Avropa ölkələrində əhaliyə təbii qazın satış qiymətləri

Ölkələr

m3/AZN

Orta əməkhaqqına düşən qaz həcmi, m3

1 000 kub.m qazın qiyməti, dollar

12

Almaniya

1,37

4 132

783

13

Avstriya

1,45

4 022

829

14

Belçika

1,09

4 745

630

15

Bolqarıstan

0,76

1 834

440

16

Bosniya və Herseqovina

0,76

1 365

439

17

Böyük Britaniya

1,07

6 196

609

18

Macarıstan

0,69

2 437

398

19

Yunanıstan

1,14

2 450

654

20

Danimarka

1,66

4 096

945

21

İrlandiya

1,54

4 024

887

22

İspaniya

1,97

1 920

1 124

23

İtaliya

1,97

1 924

1 134

24

Latviya

0,62

2 679

354

25

Litva

0,66

2 873

373

26

Lüksemburq

0,81

9 058

463

27

Moldova

0,54

1 316

306

28

Hollandiya

2,23

3 113

1 276

29

Norveç

30

Polşa

0,92

1 983

525

31

Portuqaliya

1,73

1 454

989

32

Rumıniya

0,69

2 124

399

33

Serbiya

0,76

1 434

438

34

Slovakiya

1,07

1 693

606

35

Sloveniya

1,21

1 981

694

36

Fransa

1,66

2 973

950

37

Xorvatiya

0,83

2 304

481

38

Çexiya

1,28

1 638

736

39

İsveç

2,39

2 550

1 376

40

Estoniya

0,90

2 746

520

Mənbə: https://svspb.net/novosti/stoimosti-gaza/

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR