Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2017-ci il fevralın 1-ə 16 mlrd. 705 mln. 157,1 min manat təşkil edib ki, bunun da 85,2%-i və ya 14 mlrd. 233 mln. 762,4 min manatı Bakı şəhərinin payına düşüb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu ilin yanvar ayında Aran iqtisadi rayonuna kredit qoyuluşu 609 mln. 831,7 min manat təşkil edib. Bu ümumi kredit qoyuluşunun 3,65%-ni təşkil edir.
Kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 3,14%-lik payla Gəncə-Qazax iqtisadi rayonu qərarlaşıb. Bu ilin fevralın 1-ə bu iqtisadi rayona 524 mln. 701,6 min manat həcmində kredit qoyulub.
Kredit qoyuluşunun 3,12%-i Abşeron iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ayında Abşeron iqtisadi rayonuna 521 mln. 331,8 min manatlıq kredit qoyulub.
Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 38,923 mln. manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna isə bundan 44,5 dəfə az - 873,9 min manat olub.
Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Aran iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 22,4% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 9,1% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 12,1%-ə bərabər olub.
Regionlarda kreditlərin orta faiz dərəcəsi
Regionların adı |
Cəmi (min manatla) |
Orta faiz dərəcəsi |
Azərbaycan Respublikası: |
16 705157,1 |
10,6% |
o cümlədən Bakı |
14 233762,4 |
9,1% |
Aran iqtisadi rayonu |
609831,7 |
22,4% |
Dağlıq Şirvan iqtisadi rayonu |
92901,6 |
22,0% |
Lənkəran iqtisadi rayonu |
217528,7 |
21,7% |
Şəki-Zaqatala iqtisadi rayonu |
166553,8 |
21,6% |
Quba-Xaçmaz iqtisadi rayonu |
189295,6 |
19,3% |
Gəncə-Qazax iqtisadi rayonu |
524701,6 |
19,3% |
Yuxarı Qarabağ iqtisadi rayonu |
38923,0 |
17,6% |
Abşeron iqtisadi rayonu |
521331,8 |
16,2% |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
873,9 |
12,6% |
Naxçıvan iqtisadi rayonu |
109453,0 |
12,1% |