FED qızılı bahalaşdırır - TƏHLİL

FED qızılı bahalaşdırır - <span style="color: red;">TƏHLİL
# 28 iyul 2016 11:12 (UTC +04:00)

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) ötən gün başa çatan iki günlük iclası birjalar üçün əsas hadisə olub. İclasın yekunlarından qızıl qalib çıxdı. Qızılın qiyməti müsbət dinamika göstərməkdədir. Niyə? Bu haqda bir qədər sonra...

İlk öncə onu qeyd edək ki, iclasın yekunları bir çox analitiklərin, o cümlədən "APA-Economics"in proqnozları ilə üst-üstə düşdü. İclasın protokolunda yer alan məlumat da şablona yaxın idi. Protokolda qeyd edilib ki, FED monetar siyasətin tədricən dəyişməsi hesabına ABŞ iqtisadiyyatı mülayim templərlə artacaq. İclasdan öncə yazdığımız təhlildə də qeyd etmişdik ki, tənzimləyici şablon ifadələrlə kifayətlənəcək. Lakin oxucularımızın diqqətinə onu da çatdırmışdıq ki, FED gələcəkdə uçot dərəcəsinin artırılması ilə bağlı planlarını şəffaf və səlis şəkildə bazarlara çatdıra bilsə, dollar vaxtından öncə də bahalaşa bilər. Dünənki iclasın protokolunun mətnini isə daha çox "yumşaq" adlandırmaq düzgün olar.

Birjaların reaksiyaları fikirlərimizi təsdiqləyir. Düzdür, dekabrda uçot dərəcəsinin artırılması ilə bağlı ehtimallar artıb, lakin artım cəmi 3% olub. Protokolun mətni açıqlanmamışdan öncə ehtimallar 47% səviyyəsində idisə, bundan sonra 50%-dək yüksəlib.

Gəlirlilik əyrisi də praktiki olaraq lokal minimumları yeniləyib, bu isə FED-in planlarına daxil deyildi.

Və əsas məsələ - dollar. FED-in iclasına dair protokol açıqlandıqdan sonra dollar sürətlə ucuzlaşmağa başladı. Deməli, birjalar (ən azından yaxın perspektivdə) monetar siyasətin sərtləşdirilməsinə inanır.

FED protokolları açıqladıqdan sonra dolların indeksinin dinamikası aşağıda göstərilən qrafikdə əksini tapıb:

Ən yaxşı dinamikanın sahibi isə qızıldır. Qiymətli metal Brexit-dən sonra ən yaxşı artım dinamikasını nümayiş etdirib.

Görünür, dünya üzrə çap olunan nağd pulların həcminin artması, mənfi uçot dərəcələri və monetar siyasət yürüdən tənzimləyicilərin müxtəlif addımları qlobal maliyyə bazarını kollapsa sürükləyir. İnkişaf etmiş ölkələrdə iqtisadi artım azalmaqdadır. Bütün bunlar investorları narahat edir. Bu səbəbdən investorlar ənənəvi investisiya alətlərinə, yəni qızıl və gümüşə əl atırlar. Kağız valyutalar onları daha cəlb etmir.

Yeganə Laçınzadə, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR