Leqallaşma: Kriptovalyutalar “boz zona”dan çıxır - TƏHLİL

Leqallaşma: Kriptovalyutalar “boz zona”dan çıxır - <span style="color: red;">TƏHLİL
# 28 iyun 2018 09:12 (UTC +04:00)

Bundan əlavə, çoxlu sayda dünya miqyasında xırda görünən, amma bazara mənfi təsir edən hadisələri də qeyd etmək olar. Məsələn, ABŞ-da kriptovalyutalarla bağlı növbəti fırıldaqçılıq faktı aşkarlanıb. Belə ki, Qiymətli kağızlar üzrə Komissiyasının təşəbbüsü ilə keçirilən istintaq çərçivəsində Kaliforniya məhkəməsi Titanium Blockchain Infrastructure Services Inc. şirkəti və bir sıra əlaqəli şəxslərin aktivlərinin dondurulması barədə qərar çıxarıb. İşin mahiyyəti ondan ibarətdir ki, həmin şirkət virtual valyutaların yerləşdirilməsi zamanı çox sayda yalan məlumatlar, təqdimatlar verib və ümumilikdə həmin yerləşdirmə dayandırılıb və qeyri-qanuni elan edilib. Nəticədə, cəlb edilmiş 21 mln. dollar investorlara qaytarılmalıdır, üstəlik şirkətə qarşı cərimə və digər sanksiyalar da tətbiq ediləcək.

Eyni zamanda kriptovalyuta bazarı haqqında müxtəlif müsbət xəbərlər də səsləndirilir ki, bu da vəziyyətin ziddiyyətliyini göstərir. Məsələn, birjada ticarət olunan investisiya fondlarının idarə edilməsi üzrə ixtisaslaşmış şirkətlərdən Van Eck Associates Corp. və SolidX Partners Inc. ABŞ-ın Qiymətli kağızlar üzrə Komissiyasına “Bitcoin” əsasında bir sıra törəmə alətlərinin ((Bitcoin-linked ETP) qeydiyyatı üzrə müraciət edib. Sonra dünyanın ən iri kriptovalyuta birjası olan Coinbase Inc və ən məşhur olan kriptovalyuta ticarət platforması olan Circle Internet Financial Ltd-ni qiymətli kağızlar hesab olunan virtual valyutalarla əməliyyatları üçün qeydiyyata almaq niyyətindədir. Coinbase Capital Corp. bu proseslər çərçivəsində Venovate Marketplace Inc. və Digital Wealth LLC şitkərləri alır ki, bunun nəticəsində həmin şirkətlərə məxsus olan broker-diler, alternativ ticarət sistemi və investisiya məsləhətçisi lisenziyalara Coinbase-ə keçəcək. Qeyd edək ki, Coinbase Bitcoin, Bitcoin Cash, Ether, Litecoin kimi kriptovalyutalarla əməliyyat aparmağa imkan verir. Circle Internet Financial isə öz növbəsində birbaşa broker və ticarət meydançası kimi qeydiyyatdan keçmək planlarını elan edib.

Bundan əlavə daha bir iri kriptovalyuta birjası olan Binance məlumat yayıb ki, yaxın zamanlarda xidməti işə salacaq ki, treyderlər kriptovalyutaları birbaşa avroya konvertasiya edə biləcəklər. Avroya konvertasiya ilkin mərhələdə nəzərdə tutulur, sonrakı mərhələdə isə digər valyutalar üzrə də müvafiq konvertasiya xidməti işə salınacaq ki, həmin servis istifadəçilərə vəsaitlərin geri götürülməsi prosesini və ümumilikdə aktivlərin idarə edilməsini son dərəcədə asanlaşdıracaq. Qeyd edək ki, Binance hazırda 9 mln. istifadəçiyə malikdir, halbuki bu ilin əvvəlində həmin göstərici 2 milyon nəfər olub.

Həmçinin məlumdur ki, kriptovalyutalar üzrə ticarət platforması olan Poloniex genişmiqyaslı müştəri verifikasiya prosesinə başlayıb. Bütün lazımı olan şəxsi məlumatlarını təqdim edənə kimi müştərilər nə alış-veriş əməliyyatları keçirə bilər, nə də vəsaitlərin geri götürə bilərlər. Qeyd edək ki, Poloniex platforması Goldman Sachs Group Inc. - Circle Internet Financial Ltd-nin bölməsidir. Poloniex elan edib ki, bütün müştərilər verifikasiyadan keçməlidir və onların vəsaitləri və aktivləri proses zamanı təhlükəsiz və hərəkətsiz saxlanılacaq. Bununla Poloniex bütün qanunlara tabe olmağa çalışır və faktiki olaraq özünü "boz zonadan" tam olaraq çıxarır, anonimliyinə son qoyur. Maraqlıdır ki, “Poloniex”in həmin addımı bir sıra müştərilərinin heç də xoşuna gəlməyib - aydındır ki, kriptovalyuta bazarının cəlbediciliyinin bir "hissəsi" məhz anonimlikdən ibarətdir. Bu faktdır, amma bazarın əhəmiyyətli iştirakçıları, ticarət platformaları və birjaları "boz zonadan" çıxmaqda israrlıdır. Ola bilər ki, yuxarıda qeyd olunan qeydiyyat, verifikasiya və sair leqallaşdrma prosesləri nəticəsində ticarət platformaları və birjalar müəyyən sayda müştərini və müəyyən həcmdə kapitallaşma və dövriyyəni itirəcəklər, amma bu, kriptovalyutaları sivil, bütün dünya maliyyə bazarı tərəfindən tam hüquqlu iştirakçı kimi qəbul edən aktivlərə çevrilməsi üzrə ödəməli olan "qiymətdir".

Xüsusən də onu nəzərə almaq lazımdır ki, bütün maneələrə baxmayaraq, kriptovalyuta bazarının perspektivləri var. Bunu statistika sübut edir və təhlili məhz müsbət statistika ilə bitirmək istərdik. Belə ki, bu ilin əvvəlindən virtual valyutaların ilkin yerləşdirilməsi həcmi 9 mlrd. dollara bərabərdir ki, bu da bütün 2017-ci ilin göstəricisindən (4 mlrd. dollar) 2,25 dəfə çoxdur. İlin sonuna kimi yerləşdirmə göstəricisi daha da artacaq. Artıq indidən məlumdur ki, yaxın zamanda Block.one ticarət platforması 4 mlrd. dollar həcmində ilkin yerləşdirmə keçirməyə hazırlaşır.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR