Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayələrin 1/3-i Böyük Britaniyanın payına düşür

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayələrin 1/3-i Böyük Britaniyanın payına düşür
# 19 may 2015 10:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-aprel aylarında xarici mənbələrdən əsas kapitala 2047,1 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövründəkindən 604,2 mln. manat və ya 41,87% çoxdur.

Komitənin sosial-iqtisadi inkişaf bülleteninə nəzər salanda məlum olur ki, ilin əvvəlindən bəri hər ay xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi artıb. Belə ki, yanvarda xaricə mənbələrdən 423,3 mln, fevralda 387,7 mln, martda 653,4 mln, apreldə 582,7 mln. manat vəsait yönəldilib.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 1 686 mln. manatı və ya 82,3%-i Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Hesabat dövründə Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran Böyük Britaniya sərmayədarlar olub. Belə ki, adıçəkilən ölkənin investorları tərəfindən iqtisadiyyatımıza 651 mln. 158,8 min manat yönəlib ki, bu da ümumi yatırılan investisiyaların 31,8%-ni təşkil edir.

İkinci yerdə Norveç qərarlaşıb. Belə ki, bu ölkənin sərmayədarları tərəfindən Azərbaycan iqtisadiyyatına 286 mln. 062,4 min manat yatırılıb ki, bu da ümumi yatırılan investisiyaların 14%-ni təşkil edir. Skandinaviya ölkəsinin ardından ölkəmizin iqtisadiyyatına 265 mln. 694,7 min manatlıq (ümumi həcmdə xüsusi çəkisi 13%) yatırım edən Türkiyə qərarlaşıb. Dördüncü yerdə 133 mln. 999,2 min manat (6,5%) sərmayə ilə Rusiya, beşinci yerdə 133 mln. 999,2 min manat (6,5%) sərmayə ilə İran yer alıb.

Azərbaycanda əsas kapitala ən az vəsait yönəldən ölkə isə İtaliya olub - 24,6 mln. manat.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR