Böyük Britaniya Azərbaycan iqtisadiyyatının ən iri xarici investoru adını qorumaqda davam edir - TƏHLİL

Böyük Britaniya Azərbaycan iqtisadiyyatının ən iri xarici investoru adını qorumaqda davam edir - <span style="color: red;">TƏHLİL
# 12 iyun 2015 10:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-may aylarında xarici mənbələrdən əsas kapitala 2 625,3 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 811,9 mln. manat və ya 44,77% çoxdur.

Komitənin sosial-iqtisadi inkişaf büllüteninə nəzər salanda məlum olur ki, ilin əvvəlindən bəri hər ay xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi artıb. Belə ki, yanvarda xaricə mənbələrdən 423,3 mln, fevralda 387,7 mln, martda 653,4 mln, apreldə 582,7 mln. manat vəsait yönəldilib. Amma mayda xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi apreldəki göstəricidən bir qədər az olub. Belə ki, aprel ilə müqayisədə ötən ay xarici mənbələrdən əsas kapitala 4,5 mln. manat və ya 0,8% azalaraq 578,2 mln. manat təşkil edib.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 2 343 mln. manatı və ya 89,3%-i Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ, İsveç və Yaponiya sərmayədarlarına məxsus olub.

Hesabat dövründə Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran Böyük Britaniya sərmayədarlar olub. Belə ki, adıçəkilən ölkənin investorları tərəfindən iqtisadiyyatımıza 839 mln. 041,4 min manat yönəlib ki, bu da ümumi yatırılan investisiyaların 32%-ni təşkil edir.

İkinci yerdə Norveç qərarlaşıb. Belə ki, bu ölkənin sərmayədarları tərəfindən Azərbaycan iqtisadiyyatına 370 mln. 456,3 min manat yatırılıb ki, bu da ümumi yatırılan investisiyaların 14,1%-ni təşkil edir. Skandinaviya ölkəsinin ardından ölkəmizin iqtisadiyyatına 363 mln. 297 min manatlıq (ümumi həcmdə xüsusi çəkisi 13,8%) yatırım edən Türkiyə qərarlaşıb. Dördüncü yerdə 179 mln. 776,4 min manat (6,9%) sərmayə ilə Rusiya, beşinci yerdə 179 mln. 776,4 min manat (6,9%) sərmayə ilə İran yer alıb.

Azərbaycanda əsas kapitala ən az vəsait yönəldən ölkə isə İtaliya olub - 33,4 mln. manat.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR