Azərbaycan badmintonçusu "Algeria International 2019"da ikinci olub

Azərbaycan badmintonçusu "Algeria International 2019"da ikinci olub
# 28 oktyabr 2019 08:56 (UTC +04:00)

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Əlcəzairdə keçirilən "Algeria International 2019" turnirində gümüş medal qazanıb.

APA-nın məlumatına görə, yarışın reytinq favoritlərindən sayılan idmançı finalda ispaniyalı Pablo Abiana uduzub.

Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olan rəqib təmsilçimizi 2:0 (21:8, 21:6) hesabı ilə məğlub edib. Turniri ikinci sırada başa vuran Edi hesabına 2,130 reytinq xalı da yazdırıb.

Digər badmintonçumuz Ezmi Qovimuramadhoninin 1/16 finalda rəqibi yarışa qatılmadığından mərhələni mübarizəsiz adlayıb. Lakin o, 1/8 finalda fransalı Leo Rossiyə 0:2 (7:21, 14:21) hesabı ilə məğlub olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR