Azərbaycan gimnastı Dünya Kubokunun qalibi olub

Azərbaycan gimnastı Dünya Kubokunun qalibi olub
  • Clock-gray 01:00
  • calendar-gray 08 Sentyabr 2019

Macarıstandan Sombatxey şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunun final mərhələsi keçirilib.


Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, 25 ölkənin iştirakı ilə təşkil olunan yarışda Azərbaycan idmançısı da mübarizə aparıb. 

Turnirdəki yeganə təmsilçimiz Marina Nekrasova dayaqlı tullanma proqramında bütün rəqiblərini üstələyərək, qızıl medala yiyələnib. Gimnast bu uğura 14.183 xal toplamaqla nail olub. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date