Azərbaycan Tokio-2020-yə ikinci lisenziyanı qazanıb

Azərbaycan Tokio-2020-yə ikinci lisenziyanı qazanıb
# 10 sentyabr 2019 11:12 (UTC +04:00)

Azərbaycan paraüzgüçüsü Roman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

APA-nın məlumatına görə, o, bu uğura Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında imza atıb.

R. Saleh 100 m məsafəyə arxasıüstə üzmədə 1:01,00 dəqiqə nəticə göstərərək, yarışı 2-ci yerdə tamamlayıb. Gümüş medal onun Tokio-2020-yə vəsiqəsini də rəsmiləşdirib.

Qeyd ki, R. Salehdən öncə parapauerliftinqçi Elşən Hüseynov da Paralimpiadada iştirak hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR