Azərbaycan triatlonçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan triatlonçusu Avropa çempionatında bürünc medal qazanıb
# 29 iyul 2019 10:00 (UTC +04:00)

Rusiyanın Kazan şəhərində spirint triatlonu üzrə Avropa çempionatı keçirilib.

APA-nın məlumatına görə, yarışda iştirak edən Azərbaycan idmançısı Rostislav Pevtsov çıxışını uğurla başa vurub.

O, üçüncü yeri tutub. Bu medal Azərbaycan triatlonunda ilk kimi tarixə düşüb. R. Pevtsovu böyük britaniyalı Qordon Bensov və onun həmyerlisi Samuel Dikinson qabaqlayıb.

Avropa çempionatında qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 6-cı yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR