Azərbaycan velosipedçiləri Tokio-2020 üçün daha 25 lisenziya xalı qazanıblar

Azərbaycan velosipedçiləri Tokio-2020 üçün daha 25 lisenziya xalı qazanıblar
# 26 iyul 2019 09:24 (UTC +04:00)

Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Challenge du Prince” silsilə yarışları başa çatıb.

APA-nın məlumatına görə, Afrikaya Elçin Əsədov, Mahmud Məmmədov, Mikayıl Səfərli və Orxan Məmmədovdan ibarət heyətlə yollanan Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunları üçün ölkəmizin reytinqini ümumilikdə daha 58 lisenziya xalı ilə zənginləşdirib.

Silsilə yarışlara iyulun 22-də “Trophée Princier” turunda 9-cu olaraq 3 xal qazanmaqla başlayan Elçin Əsədov 2 gün sonra “Trophée de l'Anniversaire”də 2-ci yeri tutub və daha 30 reytinq xalı əldə edib. Komandamız iyulun 25-də sonuncu birgünlük yarış - “Trophée de la Maison Royale” turunu da uğurla başa vurub. 140 km məsafəni 3 saat, 4 dəqiqə, 50 saniyəyə 13 nəfərlik qrupda bitirən Elçin fotofinişə əsasən fəxri kürsün 3-cü pilləsinə qalxıb və 25 xal götürüb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR