Azərbaycan velosipedçisi Mərakeşdə ikinci olub

Azərbaycan velosipedçisi Mərakeşdə ikinci olub
# 25 iyul 2019 09:32 (UTC +04:00)

Şose velosipedi üzrə Elit yığma komandamızın lideri Elçin Əsədov Mərakeşdə mötəbər birgünlük yarışda uğur əldə edib.

APA-nın məlumatına görə, UCI-nın 1,2 kateqoriyalı “Challenge du Prince - Trophée de l'Anniversaire” turunda 146 km məsafəni 2-ci yerdə başa vuran velosipedçimiz bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 30 reytinq xalı qazandırıb.

E. Əsədov 2 gün əvvəl Mərakeşdə təşkil edilən digər birgünlük “Challenge du Prince - Trophée Princier” turunda 9-cu olmaqla daha 3 lisenziya xalı əldə etmişdi.

Mərakeşə Elçin Əsədovdan başqa, U-23 yığmamızın üzvləri Mikayıl Səfərli ilə Mahmud Məmmədov da yollanıb və onların əsas vəzifəsi millimizin liderinin uğurlu çıxışına yardım etməkdir.

Komandamız iyulun 25-də sonuncu birgünlük yarış - “Challenge du Prince - Trophée de la Maison Royale” turunda iştirak etdikdən sonra Vətənə qayıdacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR