Azərbaycan yığması Dünya Çimərlik Oyunlarında dördüncü medalını qazanıb

Azərbaycan yığması Dünya Çimərlik Oyunlarında dördüncü medalını qazanıb
# 15 oktyabr 2019 09:26 (UTC +04:00)

Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında 4-cü medalını qazanıb.

APA-nın məlumatına görə, yığmamızı aktivinə mükafatı akvatlon növündə mübarizə aparan Rostislav Pevtsov və Kseniya Levskovskayadan ibarət cütlük yazdırıb.

Onlar qarışıq cütlükdə finiş xəttinə 2-ci çatmaqla, gümüş medala yiyələniblər. R. Pevtsov və K. Levskovskaya 1:03,55 saat nəticə ilə ispaniyalı idmançılardan (1:03,43) geri qalıblar.

Qeyd edək ki, bunadək K. Levskovskaya akvatlonda gümüş və R. Pevtsov bürünc medal qazanıblar. Həmçinin Pənah İlyaslı (70 kq) çimərlik güləşində ikinci olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR