Bakıda keçirilən dünya çempionatında 2 hərəkətdə təsnifat mərhələsi başa çatıb

Bakıda keçirilən dünya çempionatında 2 hərəkətdə təsnifat mərhələsi başa çatıb
  • Clock-gray 17:18
  • calendar-gray 17 Sentyabr 2019

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında top və halqa ilə hərəkətlərdə təsnifat mərhələsinə yekun vurulub.

APA-nın məlumatına görə, Azərbaycan gimnastları ayrı-ayrı hərəkətlərdə bu gün baş tutacaq finala yüksələn 8 ən yaxşı arasına düşə bilməyiblər.

Təmsilçilərimiz ikinci gün topla bacarıqlarını nümayiş etdiriblər. Zöhrə Ağamirova 19,950 xalla 16-cı, Veronika Hudis 17,700 xalla 42-ci yeri tutub. Təsnifat mərhələsində rusiyalı Averina bacıları – Dina (23,700) və Arina (23,200) ilk iki pillədə qərarlaşıbsa, Boryana Kaleyn (Bolqarıstan) üçüncü olub – 21,450.

Halqa ilə hərəkətdə Zöhrə Ağamirova 19,000 xalla 32-ci, Veronika Hudis 16,950 xalla 56-cı olub. Burada Dina Averina (Rusiya) 23,650 xalla 1-ci olub. İsrailli Linoy Aşram 23,550 xalla 2-ci, rusiyalı Yekaterina Seleznyova 23,400 xalla 3-cü yeri tutub.

Çoxnövçülükdə D.Averina 47,350 xalla böyük üstünlüyə nail olub. Onun ən yaxın izləyiciləri L.Aşram 44,800, B.Kaleyn 43,050 xala malikdir. Azərbaycan idmançılarından Z.Ağamirova (38,950) 20-ci, V.Hudis (34,650) 43-cüdür.

Komanda yarışında Rusiya (93,950), İsrail (87,650) və İtaliya (85,100) ilk üç pillədə yer alıb. Azərbaycan millisi 73,600 xalla 16-cıdır.

Qeyd edək ki, sentyabrın 18-də gimnastlar lent və gürzlərlə təsnifat mərhələsində qüvvələrini sınayacaqlar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date