“Formula-1” üzrə Azərbaycan Qran-prisinin yeni mərhələsinin vaxtı məlum olub

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin yeni mərhələsinin vaxtı məlum olub
# 26 iyul 2019 10:44 (UTC +04:00)

2020-ci ildə “Formula-1” üzrə Azərbaycan Qran-prisi iyunda keçiriləcək.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

O bildirib ki, hələ “Formula-1”in yeni mövsümün təqvimi açıqlanmasa da, Bakı mərhələsinin təxmini tarixi bəllidir: “Yeni təqvim hələ açıqlanmayıb. Amma böyük ehtimalla iyunun 7-ə təsdiqlənəcək".

Qeyd edək ki, Azərbaycan Qran-prisi ilk 2 ildə iyunda olsa da, son 2 ildə apreldə keçirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR