“Formula-1” yeni bolidlərinin fotolarını yayıb

“Formula-1” yeni bolidlərinin fotolarını yayıb
# 22 avqust 2019 16:33 (UTC +04:00)

“Formula-1” 2021-ci ildən istifadə olunacaq yeni bolidlərin ilk fotolarını dərc edib.

APA-nın məlumatına görə, bu ilin iyulunda testləri gerçəkləşən bolidlər Almaniyada sınanıb. Testlər tam məxfi şəkildə təşkil olunub.

İlk testləri yanvarda baş tutan bolidlər martda bir daha sınanıb və təkmilləşdirilib. Yeni maşınların hazırlanması zamanı əsas üstünlük onların bir-birini ötməsinə verilib. Bunun üçün bolidlərin sürətlə getdiyi zaman yaratdığı hava axınının həcmi azaldılıb ki, arxadan gələnlər üçün çətinlik yaranmasın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR