"Formula-1"də komandalar mərhələ sayının artırılmasına razılaşıblar

"Formula-1"də komandalar mərhələ sayının artırılmasına razılaşıblar
# 04 avqust 2019 18:00 (UTC +04:00)

“Formula-1” üzrə yarışlarda mərhələlərin sayı 2020-ci ildən artırıla bilər.

APA-nın məlumatına görə, iştirakçı komandalar mövsüm ərzində 22 Qran-Pridə iştirak etməyə razılıq veriblər.

Onlar bu yeniliyin artıq növbəti mövsümdən tətbiq olunması ilə razılaşıblar. Bunu “Mersedes”in rəhbəri Toto Volf açıqlayıb.

O bildirib ki, yenilik çempionatın texniki reqlamentinə təsir etməməlidir: “Biz prinsipial razılıq əldə etmişik. Komandalar “Liberty Media”ya öz işi ilə məşğul olmağa imkan verməlidir. Onlar isə “Formula-1”i inkişaf etdirmək istəyir. Əgər yeni promouterlər tapılıbsa, biz də bunu dəstəkləməliyik. Amma buna görə texniki dəyişiklikləri imkan verməməliyik”.

Qeyd edək ki, hazırda yarış 21 mərhələdə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR