"Formula-1"in biletləri satışa çıxarılıb

"Formula-1"in biletləri satışa çıxarılıb
# 22 oktyabr 2019 11:13 (UTC +04:00)

2020-ci il iyunun 5-7-də keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin biletləri bu gün satışa çıxarılıb.

APA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib.

Onun sözlərinə görə, biletləri bakucitycircuit.az və itiket.az saytlarından, eləcə də satış məntəqələrindən əldə etmək mümkündür.

B. Özerdim qeyd edib ki, biletlər 15 yanvar 2020-ci ilədək 20 faiz endirimlə satışa çıxarılıb. Həmişə olduğu kimi, yerli sakinlərə 25 faiz endirim də tətbiq edilib.

İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 210 - 270 manatdır. Azyaşlılar üçün bu rəqəm 150 - 500 manat təşkil edir.

Ayaqüstü zonalar üçün biletlərin qiyməti isə 110 - 190 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR