“Liberty Media” “Formula-1”in daha bir mərhələsini ABŞ-da keçirmək istəyir

“Liberty Media” “Formula-1”in daha bir mərhələsini ABŞ-da keçirmək istəyir
# 10 avqust 2019 12:30 (UTC +04:00)

“Formula-1” üzrə yarışların daha bir mərhələsi ABŞ-da keçirilə bilər.

APA-nın məlumatına görə, yarışın sahibi olan “Liberty Media” mərhələlərdən birini Las-Veqas və ya Mayami şəhərlərində keçirmək istəyir.

Qurumun yeni ideyasına əsasən, şəhərlərdən biri dünyanın ən nüfuzlu yarışlarından sayılan “Formula-1”in təqviminə daxil ediləcək. Hazırda davam edən danışıqlar müsbət nəticələnsə, ABŞ-da ildə iki mərhələ baş tutacaq. Hazırda ölkənin digər şəhəri Ostin də mərhələ qəbul edənlər arasındadır.

Qeyd edək ki, ABŞ-la əlaqələri möhkəmlətməkdə meylli olan “Liberty Media” bu ölkənin daha bir komandasının da yarışa qatılması ilə bağlı ideya ilə də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR