Luis Hamilton Mixael Şumaxerin rekordunu yeniləyib

Luis Hamilton Mixael Şumaxerin rekordunu yeniləyib
# 30 sentyabr 2019 12:20 (UTC +04:00)

“Mersedes” pilotu Luis Hamilton “Formula-1”in yeni rekorduna imza atıb.

APA-nın məlumatına görə, böyük britaniyalı bunu qalibi olduğu Rusiya Qran-prisində gerçəkləşdirib.

Soçidəki yürüş L.Hamiltonun liderlik edə bildiyi 143-cü yarış olub. Bununla da Mixael Şumaxerin 18 il sahibi olduğu rekord yenilənib.

Almaniyalı 2001-ci ildə Belçika Qran-prisində Ayrton Sennaya məxsus rekordu ələ keçirib və karyerasının sonunadək bu rəqəmi 142-yə çatdırmışdı.

Qeyd edək ki, L.Hamilton mövsümdə 9, karyerasında 82 dəfə mərhələnin qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR