Mixael Şumaxerin 6 ildən sonra huşu qayıdıb

Mixael Şumaxerin 6 ildən sonra huşu qayıdıb
  • Clock-gray 12:59
  • calendar-gray 11 Sentyabr 2019

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer özünə gəlib.

APA-nın məlumatına görə, 2013-cü il dekabrın 29-da bədbəxt hadisə ilə üzləşdikdən sonra komada olan almaniyalının huşu geri qayıdıb. 

Bunu sabiq pilotun saxlandığı klinikanın əməkdaşlarından biri açıqlayıb.

Qeyd edək ki, 2013-cü ilin dekabrında M.Şumaxer Meribeldə dağ xizəyi sürərkən yıxılaraq ağır yaralanıb. Nəticədə pilot beyninin hər iki yarımkürəsinin zədələri və qanaxması ilə müşayiət olunan kəllə beyin travması alıb. 2014-cü ilin sentyabr ayından etibarən Şumaxerin Cenevrə gölünün sahilində yerləşən İsveçrədəki villasında səhhətinin bərpa prosesi gedirdi.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date