“Azərbaycan Dəmir Yolları”: İslamiadanın bağlanış mərasimi günü tamaşaçılar elektrik qatarları ilə pulsuz daşınacaq

“Azərbaycan Dəmir Yolları”: İslamiadanın bağlanış mərasimi günü tamaşaçılar elektrik qatarları ilə pulsuz daşınacaq
# 18 may 2017 15:01 (UTC +04:00)

Mayın 22-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya bildirib ki, saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin “Koroğlu” dayanacağından Bakı sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR