Azad Rəhimov: “İslamiada Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib”

Azad Rəhimov: “İslamiada Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib”
  • Clock-gray 14:17
  • calendar-gray 23 May 2017

“IV İslam Həmrəyliyi Oyunları zamanı xırda bir problem belə baş verməyib”. APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş yekun mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, Azərbaycan komandası İslamiadada 75 qızıl medalla birinci yeri tutub: “Oyunlarda iştirak edən ölkələrin 70 faizdən artıq ölkə medal qazanıb. Bu da onu göstərir ki, gərgin mübarizə gedib. Bu gərgin mübarizə nəticəsində Azərbaycan yığması 1-ci yerdə qərarlaşıb. IV İslam Həmrəyliyi Oyunları Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib”.

 

A. Rəhimov deyib ki, iştirakçı ölkələrin bütün idmançıları hər bir xidmətdən razı qalıblar. O əlavə edib ki, bir neçə ölkənin yığma komandası mayın 25-dək Atletlər kəndində qalacaq.

Fərid Mirzəyev

Digər xəbərlər

Arxiv

date