Çingiz Hüseynzadə: “Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında yüksək səviyyədə çıxış edib”

Çingiz Hüseynzadə: “Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında yüksək səviyyədə çıxış edib”
# 23 may 2017 14:44 (UTC +04:00)

“IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qazandığı uğurlar onu göstərir ki, Azərbaycanda bütün idman növləri inkişaf edir”. APA-nın xəbərinə görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O qeyd edib ki, Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarında yüksək səviyyədə çıxış edib.

Ç. Hüseynzadənin sözlərinə görə, azərbaycanlı idmançıların qazandığı medalların sayı 162 olsa da, medalçıların sayı 200-dən çoxdur: “Çünki biz basketbol, voleybol, həndbol, futbol və digər komanda oyunlarında uğur qazanmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR