İdman gimnastlarımızın qızıl “savaşı”

İdman gimnastlarımızın qızıl “savaşı”
# 14 may 2017 09:14 (UTC +04:00)

Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastlarının mübarizəsinə ilk medalların sahibləri müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında həm kişi, həm qadınların yarışında komanda hesabında mükafatçılar bəlli olacaq.

Bu, 5 növ üzrə təsnifat mərhələsinin yekunlarına əsasən gerçəkləşəcək. Saat 09:00-da start götürən gimnastların ikinci yarış günündə kişilər dayaqla tullanma, turnik və dəstəli atda çıxış edəcək. Qadınlar isə sərbəst hərəkətlər və gimnastika atında qüvvəsini sınayacaq.

Həm kişi, həm də qadınlar təsnifat mərhələsində çıxış etməklə həm finalçıları müəyyənləşdirəcək, həm də komanda hesabına xal yazdıracaq.

Azərbaycan yığması yarışda 7 idmançı ilə mübarizə aparacaq. Qadınların mübarizəsində Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova tamaşaçılar önünə çıxacaq.

İlk yarış günündən sonra 50,650 xala malik yığmamız komanda yarışında böyük üstünlük əldə edib. Türkiyə 48,400 xalla 2-ci, İordaniya 44,500 xalla 3-cüdür.

Kişilərin yarışında isə Murad Ağarzayev, Timur Bayramov və Bense Talas qüvvəsini sınayacaq. Yığmamız komanda hesabında liderliyi ələ almaq üçün Türkiyə ilə mübarizə aparacaq. Hazırda 80,850 xala malik olan millimiz “ay-ulduzlular”dan (82,500) sonra 2-ci pillədədi. 3-cü pillədə isə 75,800 xalı olan İran qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR