İran səfirliyi: "İslamiadada müsəlman ölkələri arasında islam birliyi və gənclərin idman bacarıqları çox gözəl nümayiş etdirilib"

İran səfirliyi: "İslamiadada müsəlman ölkələri arasında islam birliyi və gənclərin idman bacarıqları çox gözəl nümayiş etdirilib"
# 25 may 2017 11:46 (UTC +04:00)

İslam Həmrəyliyi oyunlarında müsəlman ölkələri arasında islam birliyi və gənclərin idman bacarıqları çox gözəl nümayiş etdirilib.

APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi deyib. O bildirib ki, bu oyunlarda Bakıdan bütün dünyaya müsəlman ölkələrinin birlik, sülh və dostluq mesajı ötürülüb: “Azərbaycan digər sahələrdə olduğu kimi, idman və idman diplomatiyası sahəsində də çox uğurla fəaliyyət göstərdiyini, inkişaf və tərəqqiyə doğru irəlilədiyini göstərib. Oyunlar zamanı Azərbaycan dünyanın və müsəlman ölkələrinin diqqət mərkəzində olub. İran idmançıları və media nümayəndələri Azərbaycanın oyunları çox gözəl və peşəkar səviyyədə keçirməsindən, gözəl şərait yaradılmasından və gözəl tərzdə ev sahibliyi etməsindən danışır və bunu dəyərləndirir. Bütün bunlar Azərbaycanın belə tədbirlərin beynəlxalq və yüksək səviyyədə keçirməsi sahəsində malik olduğu dəyərli və böyük təcrübədən xəbər verir”.

Səfirlik əməkdaşı bildirib ki, bu oyunlarda İrandan 21 müxbir, 30 müxtəlif xəbər agentlikləri və xəbər portalları nümayəndələri Azərbaycana gəlib, tədbiri işıqlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR