İranlı idmançı: “Bakıda keçirilən İslam Oyunlarının təşkilatçılıq səviyyəsi Rio Olimpiya oyunlarından yüksək idi”

İranlı idmançı: “Bakıda keçirilən İslam Oyunlarının təşkilatçılıq səviyyəsi Rio Olimpiya oyunlarından yüksək idi”
# 01 iyun 2017 11:06 (UTC +04:00)

“Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq səviyyəsi Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunlarından qat-qat yüksək idi”.

Bunu APA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında ağır atletika üzrə idmançı, İslamiadada 105 kq çəki dərəcəsində qızıl medal qazanan Məhəmmədrza Bərari deyib.

“Mən 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunlarından iştirak etmişəm və əminliklə deyə bilərəm ki, İslam Oyunlarının təşkilatçılığı və idmançılar üçün yaradılmış şərait həmin Olimpiadadan daha yüksək idi. Azərbaycanda keçirilən yarışların proqramı yaxşı idi və orada Olimpiya oyunlarının keçirilməsi üçün bütün şərait var. Ümid edirəm ki, Azərbaycan gələcəkdə Olimpiadaya ev sahibliyi qazanacaq. Ümumilikdə bütün şərait - yerləşdirmə, yataqxanalar, restoranlar və yarış salonları - hamısı əla idi”, - deyə M. Bərari bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR