İslamiada: Azərbaycanın 4 cüdoçusu finala yüksəlib - YENİLƏNİB-3

İslamiada: Azərbaycanın 4 cüdoçusu finala yüksəlib - <span style="color: red;">YENİLƏNİB-3
# 14 may 2017 10:59 (UTC +04:00)

Bu gün Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında finala yüksələn Azərbaycanın idmançılarının sayı 4 nəfərə çatıb.

APA-nın məlumatına görə, Elxan Məmmədovdan və İrina Kindzerskadan sonra Məmmədəli Mehdiyev ilə Elmar Qasımov da həlledici görüşdə iştirak hüququ qazanıblar.

Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində M. Mehdiyev ikinci qələbəsini qazanaraq finala yüksəlib. Cüdoçumuz finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi ilə üz-üzə gələcək.

“Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov da ona bəslənilən ümidləri doğruldub. Yarımfinalda əlcəzairli Lyes Buyakubdan aşkar üstün olan E. Qasımov rəqibini ipponla məğlub edib. E. Qasımov finalda ölkəmizin digər təmsilçisi E. Məmmədov ilə qarşılaşacaq.

***

saat 12.17

Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında Azərbaycanın iki idmançısı finala çıxıb.

APA-nın məlumatına görə, mübarizəyə yarımfinal mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Toqo idmançısı Noeline Essohanam Koronun ardından əlcəzairli Sonya Aselanı da ipponla məğlub edərək həlledici görüşə vəsiqə əldə edib.

İdmançının finaldakı rəqibi türkiyəli Kayra Sayıt olacaq.

Kişilərin yarışında 100 kiloqram çəkidə çıxış edən sonuncu Avropa çempionu Elxan Məmmədov da finala yüksəlib. Yarımfinalda Özbəkistan təmsilçisi Viktor Demyanenko üzərində təmiz qələbə əldə edən E. Məmmədov finala adını yazdırıb.

***

saat 11.30

Azərbaycan cüdoçuları "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ikinci gününə uğurla start veriblər.

APA-nın məlumatına görə, mübarizəyə yarımfinal mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Toqo idmançısı Noeline Essohanam Koronu ipponla məğlub edib.

Sonuncu Avropa çempionu Elxan Məmmədovun (100 kq) rəqibi, Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania tatamiyə çıxmadığı üçün cüdoçumuza texniki qələbə verilib. Beləliklə, Elxan Məmmədov yarımfinala vəsiqə qazanıb.

Digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) də Oyunlara qələbə ilə başlayıb. Onun rəqibi Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri) olub. Rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradan atletimiz yarımfinala yüksəlib.

“Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qələbəsini qazanıb. 100 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Elmar Qasımov türkiyəli rəqibi Ali Erdoğanı ipponla məğlub edərək adını yarımfinala yazdırıb.

***

saat 10.42

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edəcək.

Apasport.az saytının məlumatına görə, idmançıların fərdi mübarizəsində 10 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.

81, 90, 100, +100 kq çəki dərəcəsində kişilər, 70, +78 kq çəkidə qadınlar, 66, 73, 90 və +100 kq çəkidə isə kişilərin paracüdo yarışlarında medallar öz sahiblərini tapacaqlar.

Millimiz bu gün 3 çəki dərəcəsində 4 cüdoçu ilə təmsil olunacaq.

Kişilər

90 kq

Bu çəkidə ölkəmizi Məmmədəli Mehdiyev təmsil edəcək. Cüdoçumuz mübarizəyə 1/4 finaldan start verəcək. Onun ilk rəqibi isə Mixail Marçitan (BƏƏ)/Abdalkərim Albişi (Səudiyyə Ərəbistanı) cütünün qalibi olacaq.

100 kq

Ağır çəkidə millimiz adından iki cüdoçu güləşəcək. Son Avropa çempionu Elxan Məmmədov və Elmar Qasımov əsas medal ümidlərimizdir.

Təcrübəli Məmmədov yarışa 1/4 finaldan başlayacaq. Yarımfinal üçün o, Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Manianı yolundan kənarlaşdırmalıdır.

Elmar Qasımov da turnirə həmin mərhələdən start verəcək. Onun ilk rəqibi Ali Erdoğan (Türkiyə)/Mahbulla Mohammedi (Əfqanıstan) mübarizəsinin qalibi olacaq.

Qadınlar

+78 kq

Legioner təmsilçimiz İrina Kindzerska yarımfinala çıxmaq üçün toqolu Noelin Koro və əlcəzairli Sonia Assela ilə dairəvi sistemlə mübarizə aparacaq.

Qeyd edək ki, cüdoçuların fərdi mübarizəsinin ilk günündə kişilərdən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.

Qadınlardan isə Erdenebat Bazarraqça (48 kq) hamıdan güclü, Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) isə ikinci olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR