İslamiada: Bədii gimnastlarımız 7 medal qazanıb

İslamiada: Bədii gimnastlarımız  7 medal qazanıb
# 14 may 2017 18:58 (UTC +04:00)

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günündə fərdi mübarizədə 4 dəst medalın sahibi bəlli olub.

Milli Gimnastika Arenasında halqa, top, gürzlər və lentlə çıxış edəcək gimnastlar qalibləri müəyyənləşdirib. Azərbaycan yığması bütün hərəkətlərdə iki idmançı - Marina Durunda və Jalə Piriyeva ilə təmsil olunub. Onlar ümumilikdə 7 medal əldə edib. Marina 2 qızıl, 1 gümüş və 1 bürünc əldə edibsə, Jalə qızıl, gümüş və bürüncə yiyələnib.

Halqa ilə yarışlarda Durunda bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Onun çıxışı 17,600 xalla qiymətləndirilib. Piriyeva 16,050 xalla bürüncə yiyələnib. 2-ci yeri isə özbəkistanlı Anastasiya Serdyukova tutub - 16,450 xal.

Topla hərəkətlərdə isə idmançılarımız yerlərini dəyişib. Jalə 17,550 xalla hamıdan güclü olubsa, Marina 3-cü yeri tutub – 15,800 xal. Serdyukova yenə gümüşə sevinib – 16,950 xal.

Gürzlərlə hərəkətdə isə yalnız Durunda medal əldə edib. Marina 2-ci yerlə kifayətlənib – 16,550 xal. Çempionluğa isə Serdyukova (16,900) sevinib. Onun həmyerlisi Sabina Taşkenbayeva isə 16,300 xalla 3-cü olub. Jalə isə bu hərəkətdə 4-cü yeri tutub.

Lentlə hərəkətdə Durunda və Piriyeva eyni nəticə göstərib - 15,450 xal. Hakimlərin əlavə rəyi ilə Marina qızıl medal əldə edib. Taşkenbayeva 14,950 xalla 3-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR