İslamiada:Paracüdoçularımız 2 qızıl, 2 gümüş, 3 bürünc qazanıb - YENİLƏNİB-1

İslamiada:Paracüdoçularımız 2 qızıl, 2 gümüş, 3 bürünc qazanıb - <span style="color: red;">YENİLƏNİB-1
# 14 may 2017 20:08 (UTC +04:00)

IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün idmançılar 4 çəki dərəcəsində mübarizə aparıblar.

Azərbaycan yığması yarışın ikinci günündə 2 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində iki Azərbaycan idmançısı finalda münasibətlərinə aydınlıq gətirib. Həlledici görüşdə komanda yoldaşı Bayram Mustafayevi məğlub edən Elçin Talıbov qızıl medala sahib çıxıb. Bu çəkidə ilk “3-lüy”ü türkiyəli Rəcəp Çiftçi qapayıb.

73 kq çəkidə də qızıl medal yerli idmançının olub. Ramil Qasımov finalda Feyruz Saidova (Özbəkistan) heç bir şans verməyib. Digər həmyerlimiz Natiq Talıbov və əlcəzairli Yusif Radjai “bürünc” əldə ediblər.

90 kq-da idmançımız Rövşən Səfərov bürünc medala layiq görülüb. Bu çəkidə qızıl medal Şuxrat Boboyevə (Özbəkistan) qismət olub. İranlı Məhəmməd Əli Şanani “gümüş”lə kifayətlənib.

+100 kq çəki dərəcəsində də iki idmançımız Kənan Abdullaxanlı və İlham Zəkiyev mübarizə aparıblar. Zəkiyev yarışı 3-cü yerdə başa vurubsa, Abdullaxanlı finalda özbəkistanlı Şirin Şərifova məğlub olaraq, komandamızın aktivinə gümüş medal yazdırıb.

Qeyd edək ki, dünən qadın paracüdoçularımız 4 medal əldə etmişdilər. Afaq Sultanova (57 kq) və Ramilə Kaştayeva (70 kq) qızıl, Sevda Vəliyeva (57 kq) ilə Turanə Ağayeva (70 kq) isə gümüş mükafata sahib çıxmışdılar.

***

21:40

Daha bir paracüdoçumuz IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

APA-nın məlumatına görə, Ramil Qasımov (73 kq) finalda özbəkistanlı Feruz Sayidovu ipponla məğlub edərək qızıl medal qazanıb.

***

Elçin Talıbov paracüdo yarışlarının çempionu olub.

APA-nın məlumatına görə, Elçin Talıbov (66 kq) finalda ölkəmizin digər təmsilçisi Bayram Mustafayev üzərində qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR