İslamiada: Olqa Bıkovskaya ikinci qızıl medalını qazanıb

İslamiada: Olqa Bıkovskaya ikinci qızıl medalını qazanıb
# 21 may 2017 17:58 (UTC +04:00)

Bu gün Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma yarışlarında daha bir qızıl medal qazanıb.

APA-nın məlumatına görə, qadınlar arasında 3 metr tramplindən suyatullanma yarışında uğurla çıxış edən Azərbaycan idmançısı Olqa Bıkovskaya bütün rəqiblərini qabaqlayaraq “Bakı-2017”nin çempionu olub.

Gümüş medalı türkiyəli Yaprak Seli Keskin, bürünc medalı isə indoneziyalı Della Harimurti aktivlərinə yazdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR