İslamiada: Qadın basketbolçularımız çempion olub

İslamiada: Qadın basketbolçularımız çempion olub
# 21 may 2017 17:33 (UTC +04:00)

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, budəfəki qazancımız komanda idman növündə olub.

Qadınlardan ibarət basketbol yığmamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Basketbolçularımız finalda Mali yığmasından üstün olublar – 13:7.

Qeyd edək ki, kişilərdən ibarət basketbol millimiz də finalda mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR