Abşeron rayonunda içməli suyun verilməsində məhdudiyyətlər gecə saatlarınadək davam edəcək

Abşeron rayonunda içməli suyun verilməsində məhdudiyyətlər gecə saatlarınadək davam edəcək
# 17 iyul 2019 17:01 (UTC +04:00)

Bu gün Abşeron rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.

“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir”, - deyə ASC-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR