Ağsu rayonunda qaz təchizatında məhdudiyyətlər olacaq

Ağsu rayonunda qaz təchizatında məhdudiyyətlər olacaq
# 23 avqust 2019 09:23 (UTC +04:00)

Bu gün səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, işlərin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Ona görə də səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR