AZAL atmosferə atılan tullantıların miqdarını azaldacaq

AZAL atmosferə atılan tullantıların miqdarını azaldacaq
# 18 sentyabr 2019 16:53 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” (AZAL) və “OpenAirlines” şirkəti arasında “SkyBreathe” həllinin istifadəsinə dair razılaşma imzalanıb.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, ətraf mühitə atılan zərərli tullantıların azaldılması məsələsinin AZAL üçün yüksək prioritet təşkil etdiyini nəzərə alsaq, bu razılaşma Azərbaycanın milli aviadaşıyıcısı üçün strateji xarakter daşıyır.

“SkyBreathe Fuel Efficiency” aviaşirkətlərin yanacaqdan səmərəli istifadəsi və tullantıların azaldılması üçün geniş informasiya emalı alqoritmləri, süni intellekt və kompüter təlimindən istifadə edən müasir həldir.

“Bütün reyslərimizdə yanacaq istifadəsinin analizi üçün “SkyBreathe” proqram təminatını ən yaxşı vasitələrdən biri kimi seçmişik. “SkyBreathe” kimi geniş imkanlara malik proqram təminatı bizim üçün yanacaqdan istifadənin səmərəliliyini artırmağa kömək edəcək əla bir resurs olacaq. Beləliklə, AZAL ətraf mühitin qorunması kimi vacib bir məsələyə də öz töhfəsini verəcək", - AZAL-ın direktoru Cəmil Mənizadə qeyd edib.

“OpenAirlines” ilə müqavilə bağlayaraq, “Azərbaycan Hava Yolları” “FlyDubai”, “Air France”, “Norwegian”, “Iceland Air” və digər bir sıra aparıcı aviaşirkətlər ilə yanaşı ətraf mühitin qorunması və yanacağın səmərəli istifadəsi üçün “Skybreathe” həllindən istifadə edən ən böyük aviaşirkətlər birliyinə üzv olub.

“Biz AZAL-a yanacaqdan istifadənin səmərəliliyinin daha da artırmağa kömək etdiyimiz üçün qürur duyuruq. Hal-hazırda aviaşirkətlər atmosferə karbon qazının atılması problemləri ilə üzləşirlər. “SkyBreathe” həllini istifadə edərək, AZAL bu amilə təsir edən xərcləri 2-5% azaltmaq ilə ətraf mühitin qorunması sahəsində lider mövqe tutacaqdır", - deyə "OpenAirlines" şirkətinin baş direktoru Aleksandr Ferey deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR