AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək

AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək
# 23 iyul 2019 18:20 (UTC +04:00)

Donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı–Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Bakı–Nyu-York reysləri (JFK hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) “Boeing 787 Dreamliner” təyyarələri ilə yerinə yetiriləcək.

Qeyd edək ki, iyunun 1-də AZAL cari ilin oktyabr ayından etibarən Bakıdan Nyu-Yorka birbaşa uçuşları dayandıracağını elan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR