Azərbaycan və Latviya arasında avtomobil daşımaları ilə bağlı protokol imzalanıb

Azərbaycan və Latviya arasında avtomobil daşımaları ilə bağlı protokol imzalanıb
# 17 sentyabr 2019 09:32 (UTC +04:00)

Azərbaycan və Latviya arasında 2019-2020-ci illər ərzində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti üzrə protokol imzalanıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, protokol Riqada keçirilən Azərbaycan ilə Latviya arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası çərçivəsində imzalanıb.

“Yekunda 2019-2020-ci illər ərzində ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti müəyyən edildikdən sonra müvafiq Protokol imzalanıb”, - məlumatda bildirilir.

Bundan başqa, iclas zamanı müzakirələrdə iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gözləmə vaxtının azaldılması, nəqliyyat vasitələrinin heyətinin iş və istirahət rejiminə riayət edilməsi, avtomobil nəqliyyatı sahəsində həyata keçirilən yeni layihələr, Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərində ölkələrimizin avtodaşıyıcılarının xüsusi çəkilərinin artırılması üçün görülən tədbirlərin daha da təkmilləşdirilməsi və davam etdirilməsi məqsədilə müvafiq razılıqlar əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR