"Azericard": Mobil ödəniş xidmətlərini təklif edəcək bankların sayı artırılır

"Azericard": Mobil ödəniş xidmətlərini təklif edəcək bankların sayı artırılır
# 19 sentyabr 2019 14:04 (UTC +04:00)

Yaxın aylarda “Azericard” prosessinq mərkəzinin digər tərəfdaş bankları da təmassız mobil ödəniş xidmətlərini öz müştərilərinə təqdim edə biləcəklər.

"APA-Economics"in xəbərinə görə, bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən “Azericard” şirkətinin baş direktoru Fərid Quliyev deyib.

Onun sözlərinə görə, hazırda bu xidmət Azərbaycan Beynəlxalq Bankının müştərilərinin istifadəsinə verilib.

"Hazırda biz 19 yerli və 2 xarici banka sözügedən xidməti göstəririk. Yaxın zamanlar ərzində biz həmçinin biometrik alətlər bazasında qurulmuş yeni ödəniş həllərinin də bazara, son istifadəçilərə təqdim edəcəyik ki, bu da, düşünürük, böyük marağa səbəb olacaq və bu öz növbəsində nağdsız ödənişlərin genişləndirilməsində töhfəsini verəcək", - deyə F. Quliyev qeyd edib.

Qeyd edək ki, hazırda "Azericard" MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hamısı Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR