Bakı teleqülləsində yeni anten-fider sistemi istismara verilib

Bakı teleqülləsində yeni anten-fider sistemi istismara verilib
# 23 avqust 2019 17:57 (UTC +04:00)

Bakı teleqüllə kompleksində yeni anten-fider sistemi istismara verilib.

“Teleradio” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, bu sistem vasitəsilə İctimai TV və CBC Sport TV proqramlarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü televiziya kanalında HD formatlı açıq yayımı təmin olunub.

Belə ki, HD formatını dəstəkləyən istənilən qəbuledicini 34-cü TV kanala və ya 578 MHz tezliyə kökləyib Bakı şəhəri və Abşeron yarımadası ərazisində qeyd olunan hər iki proqramı bir paketdə qəbul edərək Full HD ölçüdə izləmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR