Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizliklə bağlı müraciətləri operativ qəbul edəcək

Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizliklə bağlı müraciətləri operativ qəbul edəcək
# 22 avqust 2019 17:37 (UTC +04:00)

Kibertəhlükəsizlik və fərdi məlumatlarla bağlı hüquqları pozulan vətəndaşların müraciətlərinin, habelə yayılması qadağan edilən informasiya barədə şikayətlərin daha operativ qəbuluna imkan yaradılıb.

Elektron Təhlükəsizlik Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar qeyd olunan müraciətləri Xidmətə məxsus cert.az veb-saytı üzərindən operativ şəkildə təqdim edə bilərlər.

Bununla yanaşı resurs, sahə üzrə maarifləndirmə işlərinin aparılması istiqamətində daha effektiv fəaliyyət göstərilməsi üçün təkmilləşdirilmiş platforma təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR