Naxçıvanda ötən ay 16 km-dən çox fiber-optik kabel xətti çəkilib

Naxçıvanda ötən ay 16 km-dən çox fiber-optik kabel xətti çəkilib
# 24 sentyabr 2019 13:23 (UTC +04:00)

Bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası ərazisində 16 356 metr fiber-optik kabel xətti çəkilib, 533 yeni abunəçi internetlə təmin olunub.

APA-Economics”in Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, optik kabellərin yeni tikilən kənd mərkəzlərinə, təhsil müəssisələrinə, dövlət təşkilatlarına çəkilişi davam etdirilir.

Avqust ayında Culfa şəhəri mərkəzi ATS-də montaj və tənzimləmə işləri başa çatdırılıb. Culfa rayonunun bir, Şərur rayonunun isə iki kəndində nəsil ATS istifadəyə hazır vəziyyətə gətirilib.

Bundan başqa, Kəngərli rayonun bir kənd ATS-nə 48 portlu, Babək rayonun bir və Şərur rayonunun 6 kənd ATS-lərin hər birində 32 portlu DSLAM avadanlığı quraşdırılaraq internet portlarının sayı artırılıb. Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 181 yeni telefon nömrəsi istismara verilib.

Muxtar respublikanın “Naxtel” mobil rabitə operatorun abunəçi tutumunun artırılması və mobil internet xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə 5 yeni baza stansiyası istismara hazır vəziyyətə gətirilib. Həmçinin “Naxtel”in ehtiyat hesablama sisteminin proqram təminatı və server avadanlıqları işə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR