"Vodafone Ukraine" şirkətinin "AzInTelekom" tərəfindən alınacağı xəbəri təkzib edilib

"Vodafone Ukraine" şirkətinin "AzInTelekom" tərəfindən alınacağı xəbəri təkzib edilib
# 17 iyul 2019 21:18 (UTC +04:00)

"Azercell Telekom" MMC "AzInTelecom" şirkətinin "Vodafone Ukraine” mobil rabitə operatorunu satın alınması ilə bağlı xəbəri təkzib edib.

“Azercell"dən APA-ya verilən məlumata görə, Ukrayna mətbuatında yayılan və daha sonra yerli KİV-də yer alan bu xəbər həqiqəti əks etdirmir.

"Bu, oxucularda yanlış fikir formalaşdırmaq cəhdindən başqa bir şey deyil. Oxucuları bu növ xəbərlərdə qeyd edilən məlumatlara inanmamağa səsləyirik", - deyə "Azercell"dən bildirilib.

Qeyd edək ki, Ukraynanın "liga.net" xəbər portalı bu gün "Azercell"in əsas səhmdarı olan "AzInTelecom" şirkətinin "Vodafone Ukraine" mobil rabitə operatorunu 700 mln. ABŞ dollarına satın alacağı barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR